Məşhur amerikalı aktyor, “Emmi” mükafatı laureatı Bill Pakston vəfat edib.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, keçirdiyi cərrahiyyə əməliyyatından sonra 61 yaşlı Hollivud aktyorunun vəziyyəti ağırlaşıb və o, dünyasını dəyişib.
Karyerasına 1970-ci illərdə başlayan B.Pakston “Terminator” və “Titanik” kimi məşhur filmlərdə çəkilib.