13 mart 2017 19:16
452

Polad Bülbüloğlu UNESCO-nun baş direktoru vəzifəsinə namizədlərdən biri olub

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədlərdən biri olub.

Trend-in məlumatına görə, P.Bülbüloğlunun namizədliyi baxılması üçün rəsmən Azərbaycan tərəfindən UNESCO-nun İcraiyyə Komitəsinə təqdim edilib.

Seçkilər hazırkı baş direktor İrina Bokovanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçiriləcək.