27 mart 2017 14:25
405

Parisdə Jerar Depardyönün Bakıya səfəri ilə bağlı kitabı işıq üzü görüb

Fransanın Fnac - kitab, CD, DVD, eləcə də elektron vəsaitlər satışı üzrə ixtisaslaşmış ən böyük mağazalar şəbəkəsində Matyö Sapenin “Beş il dabanqırma Jerar ilə” adlı komiks tipli kitabının müəllifin avtoqrafı ilə satışı təşkil olunub.

Yenicə işıq üzü görən nəşrin üz qabığının illüstrasiyasında Jerar Depardyönün Bayıl dairəsi ərazisindəki neft buruqları arasından keçdiyi, “Alov Qüllələri” kompleksi və Azərbaycanın üçrəngli bayrağı yer alıb.

Kitabın proloqunda Bayıl ərazisi əks olunub. Nəşrdə 2012-ci ilin oktyabrında məşhur fransalı aktyor Jerar Depardyönün ölkəmizə səfərindən bəhs olunur.