27 mart 2017 14:36
475

Peru qəzeti Novruz bayramı ilə bağlı məqalə yayıb

Perunun nüfuzlu mətbu orqanlarından olan “El Peruano” qəzetində Azərbaycanın Meksikadakı səfirliyinin Lima ofisinin rəhbəri Mehdi Məmmədovun Novruz bayramına həsr olunmuş məqaləsi dərc edilib.

Məqalədə Azərbaycanın qədim adət-ənənələrinin təcəssümü olan Novruz bayramının mahiyyətindən, bayram ənənəsinin nəsildən-nəsilə zəngin mədəni irs kimi ötürülməsindən, onun sülh və həmrəylik rəmzi olmasından bəhs olunur. Azərbaycan folklorundan, milli mətbəxindən və digər adət-ənənələrindən söz açılır.

Yazıda, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində xüsusi rolu vurğulanır.