Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında imzalanan plana uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib.
AFR Silahlı Qüvvələri Hərbi Akademiyasının hərbi strategiya məsələləri üzrə mütəxəssisi Klaus Hütker Hərbi Akademiyanın Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun dinləyiciləri qarşısında mühazirələrlə çıxış edib.
Mühazirələrdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi strategiya sahəsində çalışan mütəxəssislər ilə K.Hütker arasında ekspert qrupunun görüşü keçirilib və müzakirələr aparılıb.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb