Ancelina Coli siması olduğu "Guerlain” markasından əldə etdiyi gəliri Asiya və Afrikada yaşayan uşaqların təhsilinə xərcləyəcək.
Öz adını daşıyan yardım fondu olan aktrisa bu qərarı uşaqları ilə birlikdə verdiyini açıqlayıb:
"Uşaqlarımla birlikdə hansı bölgədə və kimin nəyə ehtiyacı olduğunu müəyyənləşdiririk. Hər biri öz millətinə hörmət edir və layihələr hazırlayırlar".
Xatırladaq ki, aktrisa 6 uşaq sahibidir. Onlar 3-ünü övladlığa götürüb. Digər 3-ü isə Bred Pittlə olan nikahındandır.