31 mart 2017 22:43
447

“Baku Fashion Night 2017” moda günləri təşkil olunacaq

Aprelin 14-də "Excelsior Hotel & Spa Baku" otelinin, FMS Models model agentliyinin dəstəyi, Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi "Baku Fashion Night"ın təşkilatçılığı ilə moda həvəskarları üçün VI "Baku Fashion Night 2017" təntənəli moda günləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu layihə 2014-cü ilin aprel ayından ildə iki dəfə keçirilir. Layihənin məqsədi Azərbaycan dizaynerlərinə dəstək olmaq, həmçinin peşəkarlara və həvəskarlara fikir mübadiləsi aparmaq, dəb meyillərini müzakirə edərək onlara fikirlərini bildirmək imkanı verməkdir.