“Amerika ordusunda yeni Rusiya raketlərindən müdafiə sistemi yoxdur”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın strateji komandanlığının başçısı, general Con Hayten bildirib.
“Nüvə yükünü minlərlə kilometr daşıya bilən Rusiyanın yeni raket sistemi kontinental Avropanın çox hissəsini təhdid edir. Avropa müttəfiqlərinin müdafiəsi planında ABŞ-da bu raketlərdən müdafiə sistemi yoxdur", - amerikalı general deyib.
Onun sözlərinə görə, Kreml silahlanmaya yeni raketləri daxil etməklə orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilənin (RSMD) şərtlərini pozur.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb