10 aprel 2017 17:46
263

Azərbaycanlı aktrisa Serenayın serialında

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni serial və filmə çəkilir.

Axşam.az xəbər verir ki, o, son zamanların ən çox müzakirə edilən, baş rollarında Ozan Güven, Serenay Sarıkaya kimi məşhurlar olan "Fi" serialında qonaq aktrisa kimi yer alıb. Aktrisa ekran işində Mehmet Günsürün qəhrəmanının keçmiş sevgilisini canlandıracaq.

Bundan başqa Nəsrin İtaliyada da filmə çəkilir. O, ötən həftə italiyalı prodüserlərlə bir araya gələrək layihəni müzakirə edib. Filmin çəkilişləri yaxın zamanda başlayacaq.