25 aprel 2017 15:55
250

Çazero Antimo Azərbaycana səfər edəcək

İtaliyanın Mədəni İrs, Mədəniyyət Fəaliyyəti və Turizm Nazirliyinin katib müavini Çazero Antimo Azərbaycana səfər edəcək.

İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, italiyalı məmur may ayının 4-6-da Bakıda keçiriləcək IV Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.

Bundan əlavə, Ç.Antimo Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.