28 aprel 2017 15:29
241

Tacikistanın mədəniyyət naziri Azərbaycana gələcək

Tacikistanın mədəniyyət naziri Şəmsəddin Orumbekzodun Azərbaycana səfər edəcəyi gözlənilir.

Bu barədə "Report"a Tacikistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, nazir mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək, eləcə də Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.