02 may 2017 19:30
354

Bakıda A.Puşkinin xatirəsi anılıb

Azərbaycanın Rus İcmasının dəvəti ilə Bakıda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 2-də A.Puşkinin abidəsi önünə çiçəklər qoyub, onun xatirəsini anıb.

AZƏRTAC xəbər verir ki, A.Duqinin Bakıya səfər proqramında rəsmi şəxslərlə, ictimai təşkilatların, Azərbaycanın Rus İcmasının nümayəndələri ilə görüşlər, onun Bakı Slavyan Universitetində çıxışı nəzərdə tutulur.