SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, ölməz korifey sənətkarımız Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.
Bu barədə AZƏRTAC-a Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib.
Onun sözlərinə görə, C.Behbudova mayın 2-də dünyasını dəyişib: “Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”.