03 may 2017 17:20
391

“Start” layihəsi çərçivəsində növbəti fotosərgi

“Arts Council Azerbaijan” təşkilatı “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Şəbəkəsi ilə birgə “Xatirələr” adlı fotosərgi təşkil edəcək. Sərginin kuratoru Nurziya Xəlilova və Natalya Yarkovayadır.

Bu sözləri AZƏRTAC-a “Arts Council Azerbaijan”nın rəhbəri Dadaş Məmmədov deyib.

“Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen, heykəltəraşlıq nümunələri təqdim olunacaq. Sərgiyə qatılmaq istəyənlər öz fotosunu mayın 20-dək [email protected] elektorun ünvana göndərə bilərlər. Toplanmış işlərdən ibarət sərginin açılışı mayın 30-da “Art Villa” qalereyasında gerçəkləşəcək”, - deyə D. Məmmədov söyləyib.

Təşkilat rəhbəri onu da əlavə edib ki, rəhbəri olduğu qurumun bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıtdırmaqdır.