08 may 2017 20:27
932

Azərbaycan təmsilçisi sabah "Eurovision-2017”nin ilk yarımfinalda çıxış edəcək

Kiyevdə "Eurovision" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva mayın 9-da ilk yarımfinalda çıxış edəcək.

“Report” xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq tədbirdə D.Hacıyeva “Skeletons” mahnısını səsləndirəcək. 

O, 8-ci sırada çıxış edəcək.

Mayın 9-da keçiriləcək ilk yarımfinalda iştirak edəcək ölkələrin ardıcıllığı isə belədir:

1. İsveç

2. Gürcüstan

3. Avstraliya

4. Albaniya

5. Belçika

6. Monteneqro

7. Finlandiya

8. Azərbaycan

9. Portuqaliya

10. Yunanıstan

11. Polşa

12. Moldova

13. İslandiya

14. Çexiya

15. Kipr

16. Ermənistan

17. Sloveniya

18. Latviya

Müsabiqənin rəsmi açılışı mayın 7-də Kiyevdəki Mariinski sarayında baş tutub. İkinci yarımfinal mayın 11-də final isə mayın 13-də keçiriləcək.