Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn azərbaycanlı həmkarı Yavər Camalov ilə görüşüb.
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, görüş İstanbulda keçirilən "IDEF-2017" müdafiə sərgisi çərçivəsində baş tutub.
Görüş zamanı nazirlər müdafiə sənayesi sahəsində Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivlərini, eləcə də bu sahədə cari layihələri müzakirə ediblər.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb