11 may 2017 21:44
438

Cazmen Elçin Şirinov və qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar Elçin Şirinov və qrupu çıxış edəcək.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə, həmçinin Emiliya Yaqubova, Şamil Məmmədov, Ramiz Sevdiməliyev, Nicat Paşazadə iştirak edəcəklər.

Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alaraq öz ifasını mükəmməlləşdirib. O, çoxsaylı beynəlxalq festivallarda (Polşada Voicingers, Montre, Paris London, Çin) iştirak edib.

Biletləri şəhərin kassalarından və iticket.az saytında əldə etmək olar.