05 iyun 2017 20:50
529

Afaq Məsud TÜRKSOY-un medalına layiq görülüb

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

D.Kaseinov qurumun direktoru, yazıçı Afaq Məsudu yubileyi münasibətilə təbrik edərək, Mərkəzin türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən söz açıb.

O, bu istiqamətdə göstərdiyi uğurlu fəaliyyətinə görə Afaq Məsudun TÜRKSOY-un medalına layiq görüldüyünü bildirib və medalı ona təqdim edib.