14 iyun 2017 15:33
524

Bülənt Ərsoyu sancan ilan öldü

“Mənim zəhərim daha güclüdür”

Hindistanda səfərdə olan türkiyəli müğənni Bülənt Ərsoyu sancan ilan ölüb.

Ərsoy qeyd edib ki, ilan onu sancdıqdan sonra başı gicəllənib və yerə yıxılaraq ruhunu təslim edib.

"İlan məni sancdı və öldü. Mənim zəhərim daha qüvvətli çıxdı. Yazıq heyvan fırlandı-fırlandı və ruhunu təslim etdi. Bir də çanta ilə başına vurdum”- deyə Ərsoy qeyd edib.

Ərsoy Hindistanda insanların inəyə sitayiş etməsini də təəccüblə qarışladığını deyib.

Bir müddət əvvəl Ərsoy ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Hazırda onun vəziyyəti yaxşıdır./AzNews.az