19 iyun 2017 03:16
448

Heydər Əliyev Mərkəzinin parkında dincələnlər üçün konsert təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında həftə sonları müxtəlif əyləncə proqramları təşkil edilir.

AZƏRTAC xəbər verir ki, bu həftəsonu Mərkəzin parkında “BuzZ band”in konserti olub.

Konsert zamanı şəhər sakinləri və qonaqlar gözəl musiqilərin sədaları altında dincəlib və rəqslər ediblər.