20 iyun 2017 18:47
519

Mik Caqqerin haqqında sensassiyalı açıqlama

Mik Caqqerin qardaşı məşhur musiqiçini sonsuz etmək lazım olduğunu açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi musiqi qrupu “Rolling Stoun”un üzvü Mik Caqqerin qardaşı Kris Caqqer 8 uşaq atası olan 73 yaşlı sənətçinin tibbi baxımdan sonsuz etməyin lazım olduğunu söyləyib.

Kris Caqqer 8 uşağı olan 73 yaşlı Mik Caqqer üçün vazektomi (kişi çoxalma kanallarının əməliyyatla bağlanması) vaxtının gəldiyini söyləyib. “Sunday Mirrora” qəzetinə açılqama verən Kris Caqqer qardaşının uşaqlarına çox yaxşı baxdığını deyib:

“Həqiqətən yaxşı atadır. Bütün uşaqları onu sevir. Lakin artıq vazektomi əməliyyatı keçirməlidir".

5 qadından 8 uşağı olan, hazırda 29 yaşlı balerina Melaniya Hamriklə sevgili olan musiqiçinin 8-ci övladı dekabr ayında dünyaya gəlib.