29 iyun 2017 15:12
423

Ania Broda: Təəssüf ki, yenidən Polşaya qayıtmalıyam

Azərbaycan həqiqətən də valehedici ölkədir. Təəssüf ki, mən yenidən Polşaya qayıtmalıyam. Ancaq ürəyimin yarısı yenə də Azərbaycanda qalacaq. Çünki buranın çox mehriban insanları, əsrarəngiz təbiəti var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının iştirakçısı, polşalı müğənni, sinc ifaçısı və bəstəkar Ania Broda deyib.

Polşalı müğənni Şəkidə keçirilən festivalda iştirak etməyindən məmnun qaldığını, şəhərin gözəlliyinin onu valeh etdiyini bildirib.

Xatırladaq ki, etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifi olan Ania Broda səsinin dərin tonu, melodiyanın əsrarəngiz təsiri ilə dinləyicini valeh edən müğənnilərdəndir.