10 iyul 2017 21:39
504

İsraildə 3D incəsənət sərgisi keçiriləcək

İsrailin Beer-Şeva şəhərində beynəlxalq 3D incəsənət sərgisi – “Trick art” keçiriləcək.

AZƏRTAC “BrainMash.com” saytına istinadla xəbər verir ki, ilk dəfə təşkil olunacaq sərginin ideya müəllifi “Brain-Mash” sprey-art qrupudur. Sərgidə 40-dək əsər, o cümlədən həm böyüklərin, həm də uşaqların maraq dairəsini əhatə edən nümunələr yer alacaq. 3D əsərlərlə fotoşəkil çəkdirmək istəyənlər üçün ən münasib yerlər də təşkilatçılar tərəfindən qeyd olunub.