01 avqust 2017 21:14
422

Valeri Meladze: “Jara” gözlənildiyindən də uğurlu alındı

Bakı rənglər və kontrastlar şəhəridir. Məhz buna görə paytaxtınızı çox sevirəm. Hisslərim dərin və səmimidir.

“Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi Valeri Meladze Azərbaycana bu sevgisini AZƏRTAC-a məxsusi müsahibəsində ifadə edib.

Bakıda sevilən hitlərini təqdim etdiyi üçün məmnunluğunu dilə gətirən Valeriy Meladze festivalın gözlənildiyindən də uğurlu alındığını vurğulayıb: “Bu festivalın Azərbaycan və Rusiyanın mədəni həyatında böyük rolu var. “Sea Breeze”in yerləşdiyi məkan möhtəşəmdir. Səfalı mənzərə, qızıl qum, şəffaf dəniz... Bütün bunlar görənləri heyran edir. İnanıram ki, biz “Jara” festivalında yenidən görüşəcəyik. Sizinlə vidalaşmıram. Yeni görüşümüzü səbirsizliklə gözləyirəm”.