“YARAT” Müasir İncəsənət Mərkəzində Xalq Artisti Fəxrəddin Manafovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kino Gününə həsr edilmiş görüşdə kinomuzun bugünkü vəziyyəti, bu sahədə maraq doğuran mövzular müzakirə olunub.
Tədbirdə Fəxrəddin Manafovun çəkildiyi “Təhminə” filminin ssenarisi və ekran əsərində cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda qonaqlar “Təhminə” filminə baxıblar.