“Dəniz kuboku - 2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Rusiya HHD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.
Məhərrəm Ağalaroğlu
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb