14 avqust 2017 15:26
499

“Kurtlar Vadisi Pusu”nun məşhur aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru Kuzey Vargın 74 yaşında vəfat edib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə aktyorun kürəkəni məlumat verib.

Aktyor 2014-cü ildə xəstəxanada qan təzyiqindən müalicə olunub. 2015-ci ildə isə onda Parkinson xəstəliyi tapılıb.

Xatırladaq ki, K.Vargın sonuncu dəfə "Kurtlar Vadisi Pusu" serialında Adil Eşrefoğlu obrazını canlandırıb.