16 avqust 2017 18:43
443

Aleksandr Proxanov: Ulu babalarım Azərbaycanda yaşayıb

“Ulu babalarım Azərbaycanda İvanovka kəndində yaşayan malakanlardandır. Nəhayət, mən bu il vaxt tapıb Azərbaycana gedərək onların yaşadığı kəndə baş çəkdim”.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış rusiyalı ictimai xadim, yazıçı, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov “Nezavisimaya qazeta”ya verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, ulu babası Tit Alekseyeviç faytonçu olub. Maddi vəziyyəti yaxşılaşdıqdan sonra Tiflisə köçüb və orada özünə ev alıb.