Ramazan bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.
Bununla əlaqədar olaraq, Ramazan bayramı günlərində (14-19 iyun) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.
Sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.
Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib