20 may 2020 12:38
340

91,92 və 202 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilib

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

"İki sahil" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bununla da 91 nömrəli marşrut iqtiqaməti Biləcəri qəsəbəsində daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

Həmçinin 92 nömrəli marşrut Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə,  daha sonra öz xətti üzrə hərəkət edəcək. 

202 nömrəli marşrutun son dayanacağı isə Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı) müəyyən edilib.