Rusiya Ermənistana “Antiqrad” qrad əleyhinə raket sistemi verib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib: "Bu stansiya radiolokasiya sistemi siqnalı ilə işləyəcək”.
Məlumata görə, Ermənistanın föqəladə hallar naziri David Tonoyan yeni sistemin quraşdırıldığı Araqtsotn vilayətinin Artaşavan kəndində olub.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb