Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan orudsunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.
"Report" xəbər verir ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib.
Hazırda istintaq tədbirləri həyata keçirilir.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb