Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin ilkin mərhələsində gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, şəxsi heyətin üzməyə hazırlanması və döyüş uzlaşması tədbirləri icra olunub. Sonrakı mərhələlərdə gəmilər şərti düşmənin üzən minaları, dəniz və hava hədəflərini dəqiq atəşlə məhv ediblər.
Təlim məşqlərinə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO