Statistika Komitəsi: ölkədə pambıq tədarükü davam edir

13 yanvar 2018 19:52
757

Yanvarın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 365 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 36 ton pambıq tədarük olunub.

Hazırda pambıq tədarükü 22 pambıqçılıq rayonundan 11-də davam etdirilir. Pambıq tədarükündə Saatlı (25,7 min ton), Biləsuvar (24,7 min ton), Bərdə (22,4 min ton), Ağcabədi (20,4 min ton) və Sabirabad (18,1 min ton) rayonları irəlidədir.

Xatırladaq ki, indiyədək qəbul məntəqələrinə ötən mövsümdəkindən 2,3 dəfə çox pambıq təhvil verilib.

AZƏRTAC pambıq tədarükünə dair yanvarın 13-nə olan operativ məlumatı təqdim edir.