Ukraynanın Donbas bölgəsində ötən gün vəziyyət gərginləşib.
Publika.az “Qordon” nəşrinə istinadən xəbər verir ki, Ukrayna Birləşmiş güclərin əməliyyat mərkəzindən verilən məlumata görə, döyüşlər nəticəsində 2 Ukrayna hərbçisi həlak olub, daha 2-i yaralanıb.
Həmçinin, Ukrayna kəşfiyyatının məlumatına görə, 5 separatçı məhv edilib, 3-ü yaralanıb.
Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO