25 may 2020 13:00
1237

A Seriyası bərpa olunur

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış futbol üzrə İtaliya çempionatı iyunun 13-ü və ya 20-si qaldığı yerdən davam edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın idman naziri Vinçentso Spadafora deyib.

V.Spadafora bildirib: "Biz A Seriyasının oyunlarının başlaması üçün iki mümkün tarix üzərində işləyirik - 13 və 20 iyun. Mövsümün başlaması üçün protokol gəldi və o məşqlər üçün razılaşdırılmış protokola çox bənzəyir".

Onun sözlərinə görə, bu barədə qərar mayın 28-i qəbul ediləcək.

Qeyd edək ki, futbol üzrə İtaliya çempionatı martın əvvəli koronavirus pandemiyası səbəbilə dayandırılıb.