Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı dəyişməyib.
Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı dəyişməyərək 251 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 691 ədəd geriləyib.
Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayı 590, təbii qaz qazma qurğularının sayı isə 102 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair növbəti maarifləndirici görüş keçirilib
Agentlikdə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib