11 fevral 2020 15:54
565

AFFA Abdullah Avcı ilə danışıqlar aparır?

Bu yaxınlarda millidə Nikola Yurçeviçin fəaliyyətinə xitam verildikdən sonra boş qalan baş məşqçi postu üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) axtarışlarını artırıb.

Publika.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və vitse-prezident Vaqif Sadıqov Abdullah Avcını yığmamızın “sükanı arxası”na gətirmək üçün Türkiyəyə gedib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəsmiləri 57 yaşlı məşqçi ilə danışıqlar aparsa da, Avcı onların təklifinə konkret cavab verməyib. O, yaxın günlərdə qərarını açıqlayacağını bildirib.

Millimizə namizədlər arasında göstərilən Oleq Kononov və Luici di Byaco başqa komandalarla müqavilə bağlayıb.