17 mart 2020 18:05
844

“Airbus” müəssisələrini bağlayır

“Airbus” şirkəti Fransada və İspaniyadakı müəssisələrini dörd günlük bağladıqlarını bildirib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, həmin müddət ərzində yeni koronavirusun yayılmasına qarşı müəssisələr müvafiq sanitariya qaydalarına uyğunlaşdırılacaq.

Şirkətin açıqlamasında həmçinin əməkdaşların iş rejimi, işə gedib-qayıtmaq qaydalarına da müvəqqəti dəyişikliklər gətirildiyi, valideyn əməkdaşlar üçün isə məktəb və məktəbəqədər təhsil müəssisələrinin bağlandığı üçün evdən çalışma rejiminin tətbiq olunduğu göstərilir.

Son məlumata görə COVİD-19 virusunun fəsadlarına görə Avropada İtaliyadan sonra ikinci yerdə olan İspaniyada 11 409 nəfər yoluxub (son 24 saatda 2 minə yaxın), 499 nəfər ölüb, 1 028 nəfər də sağalıb. Yoluxanların sayı 6 633 nəfər olan Fransada isə 148 ölənə qarşı sağalanlar cəmi 12 nəfərdir.