16 may 2019 15:23
1593

Aktrisadan şok sözlər: “Tələb etsə, lüt soyunaram”

“Əgər ssenari çılpaq soyunmağımı tələb edirsə, soyunaram”.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, bunu türk aktrisa İpek Çeken deyib.

Bir dönəmə möhürünü vuran və illərlə davam edən “Ferhunde hanımlar” serialının baş qəhrəmanını canlandıran İpek Çeken yenidən ekranlara qayıdacağını istisna etməyib.

Aktrisa 1993-1999-cu illərdə yayımlanan və 1780 seriyadan ibarət olan “Ferhunde hanımlar”dan çoxlu pul qazandığını və bununla özünə biznes qurduğunu deyib.

“Ekranlara geri qayıtmaq istəyirsiniz?” sualına İpek Çekenin cavabı isə belə olub: “Mənə verilən ssenari çılpaq soyunmağımı tələb edirsə, amma buna layiq olmalıdır”.