Almaniyada arpanın, elektrik enerjisinin və nəqliyyatın qiymətlərinin artması çəllək pivəsinin də bahalaşmasına gətirib çıxarıb.
Pivənin bəzi növlərinin qiyməti 5 faiz artıb.
Almanların içdikləri pivənin təqribən beşdəbir hissəsi məhz çəlləkdə saxlanılan qıtığotu içkisinin payına düşür.
Almaniyada çəllək pivəsinin bir litrinin qiyməti 2 avrodur. Almaniya ölçülərinə görə, bu, münasib qiymətdir. Elə Avropa standartlarına görə də Almaniya istehsalı olan pivənin qiymətləri münasibdir. Avropanın digər ölkələrində pivənin bir litri xeyli bahadır. //AZƏRTAC