“AnadoluJet” aviaşirkəti İstanbuldan Bakıya aviareyslərə başlayacaq.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, “AnadoluJet” martın 29-dan İstanbulun Sabiha Gökçen aeroportundan 28 istiqamətdə uçuşlara başlayacaq. Bu istiqamətlər arasında Bakı, Dubay, Bağdad, Bəhreyn, Küveyt, Tehran, Barselona, Amsterdam, Paris, Roma, Vyana, London, Milan, Berlin, Tbilisi, Mədinə və başqaları var. Yeni istiqamətlər üzrə biletlər artıq satışdadır.
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib