10 oktyabr 2019 16:31
1898

Anar Məmmədov: SOCAR-ın Türkiyədəki ümumi investsiya yatırımı həcmi 15 milyard dolları ötüb

Dünyanın köklü neft hasilatçıları arasında yer alan SOCAR 2008-ci ildə "Petkim"in səhmlərinin 51 %-ni özəlləşdirərək Türkiyədə fəaliyyətə başlayıb və Türkiyənin ilk və yeganə inteqrə olunmuş neft-kimya kompleksidir.
"İki sahil" xəbər verir ki, "Petkim Petrokimya Holding A. Ş."nin baş diretoru Anar Məmmədov mətbuata açıqlamasında bildirib ki, "Petkim”in ardınca 400 milyon dollarlıq  SOCAR Terminal, 6,3 milyard dollarlıq STAR neft emalı zavodu  və 600 milyon dollarlıq  anbar investsiyasını, eləcə də 6,5 milyard dollarlıq  TANAP layihəsini həyata keçirən  SOCAR-ın Türkiyədəki ümumi investsiya yatırımı həcmi 15 milyard dolları ötüb. Hazırda davam edən layihələr ilə bu rəqəmi 19,5 milyard dollara yüksəldəcək şirkət investisiya layihələrini başa çatdırdıqdan sonta Türkiyənin üç böyük holdinqindən biri, sənaye sahəsində isə birincisi olmağı planlaşdırır. 
A.Məmmədov bildirib ki, Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür: "Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür. Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür. Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar həcmində sərmayə yatırmışdır və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb."

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"