“Biz işimizə yanvarın 30-u başlamışıq. Bir həftə sonra isə uzunmüddətli xidmət komandası gəldi. Bizim ölkə ərazisində 13 komandamız var. Onlar müşahidəyə başlayıblar. Bundan əlavə, 80 parlament üzvümüz də var”.
Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri, səfir Peter Teyler deyib.
P. Teyler hazırda seçki prosesini qiymətləndirdiklərini bildirib: “Birinci qiymətləndirmənin nəticələri sabah günorta keçiriləcək mətbuat konfransında elan ediləcək. Biz seçki prosesini seçki günündən əvvəl, seçki günü ərzində və seçki günündən sonra izləyirik”.
O qeyd edib ki, seçkidən sonra səslər sayılır, daha sonra isə 125 dairə seçki komissiyasının təqdim etdiyi məlumatlar cədvəl şəklində tərtib edilir.
“Bundan sonra şikayətlərin və müraciətlərin araşdırılmasına müəyyən müddət ayrılır. Qısamüddətli müşahidəçilər və parlamentarilər seçki günündən cəmi bir neçə gün sonra ölkəni tərk edirlər, lakin biz - əsas heyət və uzunmüddətli müşahidə missiyası ölkədə qalırıq”, - deyə P. Teyler bildirib. //APA
Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir - Hikmət Hacıyev
“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” - FOTO
Azərbaycan Prezidenti: Ukrayna, Moldova, Gürcüstan ərazilərində separatçı yuvalar var
Separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır