22 iyun 2026 16:44
98

Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik

Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında bildirib.