21 may 2020 11:30
420

Avrokuboklarla bağlı açıqlama

UEFA prezidenti Aleksandr Çeferin koronavirus səbəbindən təxirə salınan avrokubokların taleyi ilə bağlı açıqlama verib.

"İki sahil" xəbər verir ki, o, "Record" açıqlamasında  Çempionlar Liqası və Avropa Liqasını avqust ayının sonuna kimi tamamlamaq istədiklərini deyib: "Planımız avqustun sonuna kimi turnirləri bitirməkdir. Buna gerçəkləşdirəcəyimizi düşünürəm. Nələr olacağını bilmək olmaz, amma koronavirusla bağlı vəziyyət sakitləşir.

Avropadakı liqaların 80 faizinin yenidən başlayacaq. Çempionlar Liqası və Avropa Liqasının niyə oynanılmamasını başa düşmürəm".