03 iyul 2020 13:16
587

Avropa İttifaqı Gürcüstana çağırış edib

Avropa İttifaqı (Aİ) Gürcüstanda etnik azlıqların dəstəklənməsi və onların vətəndaş inteqrasiyasının təmin olunması sahəsindəki irəliləyişi alqışlayır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Aİ və Gürcüstan arasında İnsan Hüquqları Dialoqunun videokonfrans formatında keçirilən 13-cü illik toplantısında bildirilib.

Aİ Gürcüstanı etnik azlıq nümayəndələri və qadınların ictimai həyatın bütün sahələrində iştirakının yaxşılaşdırılması üçün səylərini davam etdirməyə çağırıb.

Toplantıda Gürcüstan nümayəndə heyətinə ölkənin xarici işlər nazirinin birinci müavini Vaxtanq Maxaroblişvili, Aİ tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin bölmə rəhbəri Riçard Tibbels başçılıq edib.