14 yanvar 2020 16:36
596

Avtomobilini evakuatora çırpan sürücü xəstəxanada öldü

Bakının Xətai rayonunun Neapol küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 13-də saat 6 radələrində Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini R.Quliyevə məxsus "Mercedes" markalı evakuatora vurub.

Bildirilir ki, xəstəxanaya yerləşdirilməyinə baxmayaraq, E.Nağıyev orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az