Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun iki min döyüşçüsü Liviyaya yollanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məlumatı hər üç ölkədəki müxtəlif mənbələr təsdiqləyib.
Qeyd olunur ki, suriyalı döyüşçülər Türkiyənin BMT tərəfindən dəstəklənən Liviya Baş Naziri Fayez əl-Sərraca dəstəyi çərçivəsində bölgəyə göndərilib.