29 iyun 2020 16:48
1611

 Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə hər an hazırdır

Dövlətimizin başçısı,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində qarşıdakı dövr üçün prioritetləri açıqladı 

 Azərbaycan Silahlı Qüvvələrinin  102 yaşını qeyd etdik. Tarixə qısa nəzər fonunda  bu fikri böyük inam və qətiyyətlə qeyd edirik ki,  təməli 1918-ci ildə qoyulan Azərbaycan Ordusu məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf dövrünü yaşadı.  Bu gün Ordumuz  möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı  nəticəsində dünyanın ən güclü 50  ordusu  sırasındadır. 

Azərbaycan sülhsevər, dinc yanaşı yaşamağı, iqtisadi inkişafı, dünyaya inteqrasiyanı  piroritet seçən bir dövlətdir. Lakin ölkəmizin 20 faiz torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı doğma torpaqlarından didərgin salan, BMT və bir sıra beynəlxalq təşkilatların qərar və tələblərinə məhəl qoymayan, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan  mənfur qonşumuz Ermənistanla hələ də müharibə şəraitindəyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bəyan  etdiyi kimi, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordun olmalıdır.  Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezidenti İlham Əliyev daim bu çağırışı edir ki, ordu quruculuğu dövlətin prioritet məsələsidir. Azərbaycanın hərbi büdcəsi işğalçı dövlətin ümumi büdcəsinə bərabər olmalıdır. Bu gün ölkəmizin hərbi büdcəsi 3,5 milyard dollardan artıqdır.  

Dövlətimizin başçısı İlham Əliyevin  tavpşırıqlarına uyğun olaraq  bütün hərbi hissələr,  şəhərciklər,  bazalar  yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Hal-hazırda proses  davam etdirilir. Bu gün  şəxsi heyəti ən yüksək texnologiyalarla təchiz edilmiş hərbi hissələr dünyanın ən müasir silahları ilə təchiz olunub. Hərbiçilərin və onların ailə üzvlərinin həyat şəraitinin ən yüksək səviyədə təimin olunması üçün ardıcıl işlər həyata keçirilir.

Silahlı Qüvvələrin yaranmasının 102-ci ildönümü münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılış mərasimindəki nitqində  ordu quruculuğunun bugünkü vəziyyətindən, xüsusilə hərbi hissələrin tikintisindən, orada hərbçilər üçün yaradılan şəraitdən geniş bəhs etmişdir.  Dövlətin hərbi qulluqçuların sosial məsələrini daim diqqətdə  saxladığını, göstərişi ilə uzun müddət qüsursuz xidmət edən 1700 zabitin mənzillə təmin olunduğunu,  cari ilin sonuna qədər isə əlavə daha 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəyini bildirən dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, dünyada orduların reytinqlərini tərtib edən bir sıra beynəlxalq qurumlar təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordumuz Qafqazda  birincidir.

Bu reallıq inkaredilməzdir ki,  Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, eyni zamanda,  investisiya yatıran ölkədir. Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara çatıb. Ölkəmizdə mövcud sabitlik, normal sərmayə mühiti  investisiya axınını sürətləndirir.

 İqtisadi  tərəqqi fonunda beynəlxalq münasibətlər sistemində yer və rolunu  artıran Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, dünya əsl həqiqəti olduğu kimi qəbul etməyə səy göstərir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində diqqəti işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə  pozmasına yönəldərək bildirmişdir ki, beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipinin üstünlük təşkil etdiyi təəssüf doğurur:  “Ona görə də biz real vəziyyətlə hesablaşmalı və eyni zamanda öz hərbi potensialımızın daha gücləndirilməsinə nail olmalıyıq”. Həmçinin hava hücumuna qarşı müasir qurğularımızdan, ordumuzun müasir silah-sursat, texnika ilə təchizatından,  döyüş təyyarələrimizin modernləşdirilməsindən danışan Ali Baş Komandan  böyük sayda hərbi və hərbi-nəqliyyat vertolyotumuzun olduğunu diqqətə çatdırmışdı. Bildirmişdir ki, 15 il bundan əvvəl  yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə bu gün  1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bütün bu işlər öz gücümüz,  iradəmiz əsasında  həyata keçirilir. Qazanılmış nailiyyətlərin   vətənpərvərlik hissinə, Vətənə, torpağa, millətə bağlılığa söykəndiyini  bildirən Prezident İlham Əliyev hər bir hərbi hissədə ideoloji tərbiyənin də yüksək səviyyədə təşkil edilməli olduğu diqqətə çatdırdı. Bu tapşırıq verildi  ki, ölkəmizin həm qədim, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Sovet dönəmində  Azərbaycan xalqının düşmənlərinin qəhrəman kimi qələmə verilməsindən, quldur 26 Bakı komissarı dəstəsinin başında dayanan cinayətkar erməni millətçilərinin, o cümlədən Şaumyanın qəhrəman kimi təqdim olunmasından söz açan dövlətimizin başçısı bildirmişdir ki,  gənclərimiz Azərbaycanın həm müasir, həmdə qədim tarixini bilməlidirlər. Bugünkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığı əsaslı şəkildə gənclərə çatdırılmalıdır. Hər  kəs bugünkü Ermənistanın öz xəritəsində dəyişdirdiyi əski  coğrafi Azərbaycan toponimlərinin əsl adlarını bilməlidir.

 

   Dövlətimizin  başçısı İlham Əliyev nitqində Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etməsindən bəhs edərək bildirmişdir ki, ölkəmiz müstəqilliyinin ilk illərində böyük faciələrlə, təclükələrlə  üzləşdi.  Ölkəmiz  parçalanmaq və vətəndaş müharibəsini yaşamaq  təhlükəsi ilə qarşılaşdı.  Hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsinin apardığı səriştəsiz siyasət, xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal olundu.  Şuşanın işğalı böyük faciə oldu.  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdan ulu öndər  Heydər Əliyev qısa müddətdə  ölkəni xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas etdi. Dövlət quruculuğunun yeni mərhələsi başladı. Ən əsası  müstəqilliyimizin qarantı olan  nizami ordunun formalaşdırılması prioritet məsələ kimi öndə dayandı.  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın işğal altında olan torpaqalrımızı azad etməyə qadir ordusu vardır.  2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Naxçıvan qələəbələri bunu bir daha təsdiqlədi. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, beynəlxalq dəstəyin günbəgün artması fonunda  Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, ərazi bütövlüyümüz bərpa ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qaydıdacaqlar.

  Bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İşğalçı dövlətin müstəqillik tarixi  prinsipcə rüsvayçılıq tarixidir və diktaturadır. Ermənistanın indiki rəhbərliyi  dəfələrlə bunu bəyan  edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur.  Çox təəssüflər olsun ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları işğalçı dövlətin bu siyasətinə,  diktatura rejiminə səssiz qalır, bu ölkədə demokratiyanın, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu etiraf edib, ona təzyiqlər təbiq etmək əvəzinə seyrçi mövqedə dayanmağı daha məqsədəuyğun bilirlər. Bu isə öz növbəsində işğalçının daha böyük iddialarla yaşamasına, ərköyünləşməsinə yol açır. Hazırda Ermənistanın real mənzərəsi belədir:  korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Baş nazirin özü və ailəsi qaçaqmalçılıqla məşğuldur. Qəhrəmanları cinayətkardır, prezidentləri rüşvətxordur. Bütün bunlar hazırkı hakimiyyətin etiraflar silsiləsində öz əksini tapıb.  Belə ölkəyə nə ad vermək olar?

  İşğalçı dövlətin  müstəqililk tarixinin reallıqlarını nitqində önə çəkən dövlətimizin başçısı İlham Əliyev dünyaya bu  reallıqlara düzgün dəyər verməklə bağlı çağırışlar etdi.  

      Qısa təhlil əsasında  müharibə şəraitində yaşayan Azərbaycanın günbəgün möhkəmləndiyini, Ermənistanın isə zəiflədiyini aydın görürük. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan ən kasıb ölkə kimi tanınır. İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin büdcəsi iyanələr hesabına formalaşır. Təbii ki, iqtisadi böhran içərisində çabalayan bir dövlətin gücü ordudan danışması qeyri-mümkündür. Diplomatik mübarizədə qələb qazanan Azərbaycan hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Tezliklə üçrəngi bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq.  Hər an, hər gün bizi qələbəyə yaxınlaşdırır.

  Bugünümüzün əsas çağırışı gənclərimizin milli ruhda tərbiyə olunmasıdır. Gənclərimiz tariximizi bilməli, həqiqətlərimizin təbliğində fəal iştirak etməlidir. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  müraciətlərində bu kimi məqamlar öz əksini tapır. Müasir dünyagörüşə malik olan gənclərimiz yeni texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə  təbliğat işinə öz töhfələrini verməyə səy göstərirlər.

Pənah İmanov,

Xətai Rayon İcra Hakimiyyətinin

ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri